İsmayıllıdakı qəzada ölən zaqatalalı müəllimin FOTOSU  - YENİLƏNİB
23 fevral 2024 12:41 (UTC +04:00)

İsmayıllıdakı qəzada ölən zaqatalalı müəllimin FOTOSU - YENİLƏNİB

Xəbərə qəzada həlak olan müəllimin fotosu əlavə edilib

***

saat 22:53

İsmayıllıda baş verən qəzada ölən qadın müəllim olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Nigar Bayramova Zaqataladandır. 

O, orta məktəb müəllimi olub. 

***

Saat 22:30

Fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22431
avatar

Oxşar yazılar