İsmayıllıda AĞIR QƏZA:  5 nəfər yaralandı
07 avqust 2026 21:01 (UTC +04:00)

İsmayıllıda AĞIR QƏZA: 5 nəfər yaralandı

0

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar