İsmayıllı sakinini Bakıda avtomobil vurdu
31 iyul 2023 06:32 (UTC +04:00)

İsmayıllı sakinini Bakıda avtomobil vurdu

0

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla  xəbər verir ki, hadisə Əli bəy Hüseynzadə küçəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Cəfərov Rövşən Nəriman oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2122

Oxşar yazılar