İsmayıllıda məktəb binasından yıxılan şagirdlə bağlı Regional Təhsil İdarəsi münasibət bildirib.
İdarənin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov Lent.az-a açıqlamasında hadisənin prokurorluq tərəfindən araşdırıldığını deyib:
"Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Şagird Yeganə Məhəmməd qızı Rüstəmovadır. Xəstəxanada şagird hələlik qapalı saxlanılır, otağa heç kəs buraxılmır. Hadisənin səbəbləri məlum olduqdan sonra ətraflı məlumat veriləcək".
***
10:17
"Məktəb binasından yıxılan qız Bakıya gətirilib".
Bu sözləri Lent.az-a İsmayıllı rayonu Kürdmaşı kənd bələdiyyə nümayəndəliyində bildirilib.
Verilən məlumata görə, hazırda uşağın vəziyyəti normaldır:
"Uşağın vəziyyəti qənaətbəxşdir. Valideynləri müayinə üçün Bakıya aparıb. Başqa bir məlumat yoxdur".
***
09:53
İsmayıllıda şagird qız məktəb binasından yıxılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kürdmaşı kəndində yerləşən orta məktəbdə qeydə alınıb. Burada 9-cu sinifdə təhsil alan 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılaraq, xəsarətlər alıb.
Hadisənin ehtiyatsızlıqdan baş verməsi və ya intihar olması hələlik dəqiq bilinmir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.