İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.