İşgəncələrə qarşı Azərbaycan Komitəsi Avropa Şurasının işgəncənin və qeyri insani, ləyaqəti alçaldan, cəzanın qarşısının alınması üzrə komitənin Azərbaycan haqqında verdiyi mənfi rəyə öz etirazını bildirib.
Komitə sədri Tural Hüseynov tərəfindən Lent.az-a daxil olan etiraz bəyanatında bildirilir:
“İyulun 3-də Avropa Şurasının işgəncənin və qeyri insani, ləyaqəti alçaldan, cəzanın qarşısının alınması üzrə komitənin Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması ilə bağlı qərar qəbul etməsi İşgəncələrə qarşı Azərbaycan Komitəsi tərəfindən qətiyyətlə həqiqətləri əks etdirməyən bəyanat kimi bizi təəccübləndirdi. 2022-ci ildə komitə tərəfindən respublikada hüquq-mühafizə orqanlarında baş çəkmələr həyata keçirilib, DİN, DTX, DMX və digər saxlanma yerlərində saxlanılan şəxslərlə təkbətək görüşlər olub. Hətta son olaraq 2024-cü ildə erməni separatçıları ilə DTX-da görüş zamanı heç bir şikayət bildirilməmişdir. Nəzərə alsaq ki, dünyanın hər bir özünü demokratiyanın mənbəyi hesab edən ölkələr belə, polisin insanlara qarşı rəftarını nəzərə alsaq, Azərbaycan qoşulmuş olduğu bütün konvensiyalara sadiqdir. Bəyanatı birmənalı olaraq pisləyirik!”