İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edənlər
03 mart 2021 13:51 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edənlər

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edənlər saxlanıldı

Martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli rayon Polix Şöbəsinə gətiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmərindən Lent.az-a verilən məlumata görə,a raşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
 

# 1053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar