İş adamı və bütün ailəsi təyyarə qəzasında öldü:  faciənin TƏFƏRRÜATLARI
23 dekabr 2024 15:13 (UTC +04:00)

İş adamı və bütün ailəsi təyyarə qəzasında öldü: faciənin TƏFƏRRÜATLARI

Braziliyada biznesmen Luis Klaudio Qaleazi və ailəsini daşıyan təyyarə ölkənin cənubundakı məşhur Qramado kurort şəhərində qəzaya uğrayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə yaşayış massivinə düşüb, evə və mobil telefon mağazasına ziyan dəyib. Qəzada Qaleazi, həyat yoldaşı, üç qızı və digər ailə üzvləri də daxil olmaqla, təyyarədə olan 10 nəfərin hamısı həlak olub.

Bildirilir ki, təyyarə Rio-Qrande-du-Sul ştatının Kanela hava limanından qalxıb və bir neçə dəqiqə sonra Qramado şəhərinin mərkəzində qəzaya uğrayıb. Braziliya rəsmiləri bildiriblər ki, bir iş adamı tərəfindən idarə olunan təyyarə, mobil telefon mağazasına düşməzdən əvvəl bir evin bacasına, sonra isə binanın ikinci mərtəbəsinə çırpılıb. Ölənlərdən əlavə, azı 17 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Yerli media qəza yerində baş verən yanğın zamanı insanların da tüstüdən boğularaq xəsarət aldığını bildirib. Fəlakətin baş verdiyi Qramado, xüsusən də Milad dövründə turistlərin dağ tətili üçün buraya gəldiyi məşhur turizm kurortudur.

Qəzanın səbəbləri hələ də məlum deyil və Braziliya rəsmiləri araşdırma aparır. Braziliya prezidenti Lula da Silva həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1269
avatar

Oxşar yazılar