İş adamı 8 nəfəri belə aldatdı - 30 minlik gömrük dələduzluğu
21 dekabr 2022 16:39 (UTC +04:00)

İş adamı 8 nəfəri belə aldatdı - 30 minlik gömrük dələduzluğu

Bakıda bir neçə nəfərə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, “Ecotravel” şirkətinin rəhbəri R. Alyarlı 8 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Belə ki, o, xaricdən düyü və toyuq gətirib Azərbaycanda satmaq istəyən istəyən A. Savalanova malların gömrükdən keçirilməsinə kömək edəcəyini bildirib. Bu yolla ondan 29 min 700 manat pul alıb.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə getmək istəyən 2 qadın və 1 kişinin sənəd düzəltmək, otel təşkil etmək adı ilə 4656, Türkiyəyə getmək istəyən 1 nəfərin 716, Rusiyanın Sankt-Peterburq şəhərinə getmək istəyən 2 nəfərin isə 4370 manat pulunu ələ keçirib.

Ümumilikdə R. Alyarlı 39 min 442 manat məbləğində dələduzluqda ittiham olunur.

Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına müraciəti əsasında, o, saxlanılıb və hazırda istintaq təcridxanasındadır. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21