İraqda Türkiyə Ordusunun əsgəri şəhid oldu
26 aprel 2021 04:37 (UTC +04:00)

İraqda Türkiyə Ordusunun əsgəri şəhid oldu

0

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Şimşək” əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat bölgəsində terrorçuların əvvəlcədən yerləşdirdiyi mina partlayıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar şəhid ailə üzvlərinə, yaxınlarına başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2053

Oxşar yazılar