İranla sərhəddə əməliyyat keçirilib.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 4-də saat 7:00-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxin İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadı “Dayan” əmri verərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb. Pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbirlər nəticəsində saat 08:10-da sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilərək, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kiloqram 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram marixuana, 8 qram metamfetamin) və 10 ədəd psixotrop tərkibli həblər (metadon-40) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.