Füzulidə narkotik qaçaqmalçıları saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə yanvarın 11-də saat 4:50-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri 20 yaşlı Cəfərov Elməddin Niyaməddin oğlu və 18 yaşlı Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.
İlkin dindirilmə zamanı hər iki şəxs İrandan narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.