İrandan göndərilən  narkotikin   dövriyyəsinin qarşısı alındı -  VİDEO
08 aprel 2024 18:05 (UTC +04:00)

İrandan göndərilən narkotikin dövriyyəsinin qarşısı alındı - VİDEO

Azərbaycana slikon qablarda gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb.

Lent.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisinə İrandan qeyri-ənənəvi üsullarla göndərilən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Tədbirlərlə Cəlilabad rayon sakini 40 yaşlı Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli slikon qablarda yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib.

M.Ağayev həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx” adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən slikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib.

Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. Slikon qablarda aşkarlanan narkotiklər ölkəyə gətirilərkən onların yükləri skan edən rentgen aparatında oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan istifadə olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

Ölkəyə slikon qablarda gətirilən narkotikin dövriyyəsinin qarşısı alınıb - VİDEO

Ölkəyə slikon qablarda gətirilən narkotikin dövriyyəsinin qarşısı alınıb - VİDEO

# 1776
avatar

Oxşar yazılar