İrandan gətirilən duzu almayın -  YARARSIZDIR
10 fevral 2021 14:39 (UTC +04:00)

İrandan gətirilən duzu almayın - YARARSIZDIR

İrandan Azərbaycana fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49,8 ton duz məhsuluna Qida Təhlükəsizlik Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib.

Agentlikdən Lent.az-a verilən məlumata görə, baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

# 1446
avatar

Oxşar yazılar