Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 6-da saat 23:20-də “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.