İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
10 oktyabr 2023 13:07 (UTC +04:00)

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

0

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinə cəhd edilib.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə oktyabrın 9-da saat 21:30-da “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 8 kq 270 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2972

Oxşar yazılar