Dekabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-dan Lent.az-a verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 9 kiloqram 640 qram narkotik vasitəyə bənzər maddələr (7 kiloqram 620 qram marixuana və 2 kiloqram 020 qram tiryək) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.