İrada görə kafedə  müştərinin gözünü   çıxardı
16 iyun 2023 18:56 (UTC +04:00)

İrada görə kafedə müştərinin gözünü çıxardı

0

Tümen vilayətində məhkəmə qarşısına çıxarılan şəxs siqaret çəkməmək tələbinə görə kafe ziyarətçisinin gözünü çıxarıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Yalutorovskda kafedə baş verib. Orada iki ziyarətçi mübahisə edib - onlardan birinin sərxoş vəziyyətdə siqaret yandırması digər ziyarətçinin narazılığına səbəb olub və o, qaydanı pozan şəxsə irad bildirib. Sonuncu əsəbiləşib, bıçaq üçün evə gedib, daha sonra irad bildirəndən bayıra çıxmasını tələb edib, orada bıçaqla onun gözünə xəsarət yetirib, nəticədə o, kor olub.

Məhkəmə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilib və ona dəymiş mənəvi ziyan ödənilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 15022

Oxşar yazılar