İntim görüntüsü  yayılan həkimin oğlu dələduzluğa görə həbs edildi
02 sentyabr 2025 10:41 (UTC +04:00)

İntim görüntüsü yayılan həkimin oğlu dələduzluğa görə həbs edildi

0

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyevin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Belə ki, F.Quliyevin rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4500, 4000, 2600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi müəyyən edilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Fuad Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və o, məhkəmə qərarı ilə həbs olunub.

Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1106

Oxşar yazılar