Sabirabadda 29 yaşlı kişi intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Abdullayev Natiq Əlimais oğlu özünü yaşadığı evin həyətindəki çardağdan asıb. Lakin yaxınlarının köməyi ilə intiharın qarşısı alınıb.
O, ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Hazırda süni nəfəs aparatına qoşulan N.Abdullayevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı