Sankt-Peterburqda polis əməkdaşı intihara cəhd edən gənc qadını xilas edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Sənaye prospektindəki hündürmərtəbəli binanın 15-ci mərtəbəsində çılpaq qadın eyvanın kənarına çıxaraq intihara cəhd edib.
Qadın fikrindən daşınmayıb və bu halda, polis serjantı onun ardınca eyvana çıxıb.
Qadın müqavimət göstərib, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə ona təhlükəsizlik kəməri taxmaq mümkün olub. Bundan sonra qadın pəncərədən içəri sürüklənərək mənzilə daxil edilib.
Bildirilir ki, o, psixoloji yardım üçün həkimlər tərəfindən aparılıb.