İntihar etdiyi deyilən ananın ölümü yenidən araşdırılır
24 yanvar 2023 17:46 (UTC +04:00)

İntihar etdiyi deyilən ananın ölümü yenidən araşdırılır

2021-ci ilin aprel ayında Sabirabad rayonunda intihar edildiyi deyilən 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının ölümü ilə bağlı məsələ yenidən araşdırılacaq.

Bu barədə hüquq müdafiəçisi Samir Zeynalov özünün “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, qadının intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv olunub:

“24 aprel 2021-ci il tarixində “intihar” etdiyi deyilən Sabirabad rayonu, Cavad kənd sakini Zeynalova Səmayə Xalid qızı ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 19 iyun 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı Baş Prokurorluq ləğv etdi. Mübarizəmizin birinci və çətin mərhələsini geridə qoymağı bacardıq. Həqiqət gec-tez üzə çıxacaq. Bütün təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar”.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, bir uşaq anası S.Zeynalova Sabirabad rayonunun Cavad kənd sakini, Səmayə Zeynalovanın özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı ilə bağlı məlumat yayılmışdı.

Qız ailəli olduğu dövrdə valideynlərinə həyat yoldaşı, qayınatası, qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərini və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib, boşanmaq istəyib. Qızın atası onun boşanmasına razılıq verib, amma anası qəti etiraz edib. Daha sonra ailə S.Zeynalovanı ölüm həddinə əri və ailəsinin çatdırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Oxşar yazılar