Bakıda baş verən intiharla bağlı bəzi detallar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, aprelin 3-də paytaxtın “Əhmədli” metrostansiyası yaxınlığında özünü binadan atan Fidan adında qız olub. Onun 14 yaşı olduğu bildirilir. İntihar hadisəsi Məzahir Rüstəmov küçəsi 26 ünvanında qeydə alınıb.
Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.