İmişlidə ağır yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə iyunun 16-da saat 14 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib. Kənd sakini Ə.Həsənovun idarə etdiyi “Niva” və Sabirabad rayon sakini F.Cəfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Həsənovun sərnişini olan Bakı şəhər sakini A.Həsənova xəstəxanaya yerləşdirilib və orada ölüb.
İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.