İmişlidə çayda boğulan  ata və oğulun   meyitləri tapıldı -  YENİLƏNİB
11 iyul 2023 18:25 (UTC +04:00)

İmişlidə çayda boğulan ata və oğulun meyitləri tapıldı - YENİLƏNİB

İyulun 11-də Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin (biri uşaqdır) batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

17:29

İmişlidə ata və oğlu Araz çayında batıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Araz çayının Şahverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.

Çayda çimən 33 yaşlı Əliyev Asif Ələsgər oğlu və onun 4 yaşlı oğlu Rəvan boğulub.

Bir müddət əvvəl atanın meyiti sudan çıxarılsa da, azyaşlının meyitinin axtarışları davam etdirilir.

***
Saat: 16:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4645

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25