İmişlidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb.
Kənd sakinləri, 32 yaşlı Murad Kərimov, həyat yoldaşı 29 yaşlı İlkanə Kərimova və övladı 3 yaşlı Səccad Kərimov dəm qazından zəhərləniblər.
Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.