İlkin Süleymanovun vəkili saxlanıldı  - YENİLƏNİB
24 oktyabr 2025 14:18 (UTC +04:00)

İlkin Süleymanovun vəkili saxlanıldı - YENİLƏNİB

0

Vəkil Zabil Qəhrəmanovun saxlanılmasının səbəbi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumatra görə, vəkil Zabil Qəhrəmanov avtoyuma məntəqəsinin işçisini döyməkdə təqsirli bilinir. 

Hazırda həmin faktla bağlı araşdırmalar davam etdirilir. 

***

saat 14:04

Gəncədə tanınmış vəkil saxlanılıb.

Lent.az APA-ya istinadla bildirir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, Zabil Qəhrəmanov Nərmin işi üzrə təqsirli bilinərək həbs olunan İlkin Süleymanovun vəkili olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1212

Oxşar yazılar