İlham İsmayıl sərbəst buraxıldı -  YENİLƏNİB
26 sentyabr 2025 14:15 (UTC +04:00)

İlham İsmayıl sərbəst buraxıldı - YENİLƏNİB

0

İ.İsmayıl dələduzluqda ittiham edilir. 

Lent.az xəbər verir ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min dollar olan “Range Rover” imiş.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Onu sentyabrın 25-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları saxlamışdı.

***

13:59

Ekspert İlham İsmayıl sərbəst buraxılıb.

Lent.az xəbər verir ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs növündə olmayan digər qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İlham İsmayılı sentyabrın 25-də polis saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar