İkimərtəbəli ev yandı
17 aprel 2021 18:19 (UTC +04:00)

İkimərtəbəli ev yandı

Gədəbəydə ev yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb.

Ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1197
avatar

Oxşar yazılar