Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları qayda pozuntusuna yol veən 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirib.
Yevlaxda da toy məclisi aşkarlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirib.