İki nəfər hamamda  zəhərləndi
27 mart 2022 20:10 (UTC +04:00)

İki nəfər hamamda zəhərləndi

0

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Vaqif küçəsində baş verib.

18 yaşlı Əliyev Riad Fərid oğlu zəhərlənmə diaqonozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər dəm qazından zəhərlənmə faktı isə rayonun Ağcakənd kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Əzimova Nailə Kazım qızı zəhərlənmə diaqonu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2454

Oxşar yazılar