Naxçıvan şəhəri 12 saylı tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.
Etirazlardan sonra təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar.
Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu bildirilib.