İki baş iribuynuzlu heyvan SÜRÜCÜNÜ XƏSTƏXANALIQ ETDİ
23 oktyabr 2021 20:51 (UTC +04:00)

İki baş iribuynuzlu heyvan SÜRÜCÜNÜ XƏSTƏXANALIQ ETDİ

Şəkidə yol qəzası törədən Beyləqan sakini xəsarət alıb 

Beyləqan rayon sakini idarə etdiyi “Opel-Astra” markalı 99 OJ 354 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidə iki baş iribuynuzlu heyvanı vuraraq qəza törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, sürücü, 1991-ci il təvəllüdlü Beyləqan rayonu Mil qəsəbə sakini Seyidəli İlqar oğlu Hacıyev xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 44-cü kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1889

Oxşar yazılar