İki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı
03 sentyabr 2025 01:36 (UTC +04:00)

İki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

0

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin "Qala Xiyabanı" deyilən ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili ilə "Chevrolet Cruze" markalı minik avtomobili toqquşub.

Toqquşma nəticəsində avtomobillərdən biri yol kənarındakı elektrik dirəyinə çırpılıb və dirəyi aşırıb. Sonra da yaxınlıqda olan marketin soyuducusunu sıradan çıxarıb.

Qəzada 3 nəfər, Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Mübariz Akif oğlu Əsədov, 1992-ci il təvəllüdlü Vüsalə Hikmət qızı Əhmədli və 1979-cu il təvəllüdlü Aypara Balakişi qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətlərinə uyğun olaraq müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar