Hündürmərtəbəli binada yanğın söndürüldü
06 avqust 2023 00:03 (UTC +04:00)

Hündürmərtəbəli binada yanğın söndürüldü

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənərək mənzilə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 110 m² olan üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları, plastik pəncərə çərçivəsi 6 m² sahədə, 1 ədəd “BOSCH” markalı kondisionerin mühərriki, 1 ədəd “SHİVAKİ” markalı soyuducu yanıb.

Yanğın baş vermiş mənzil,  habelə digər mənzillər yanğından mühafizə olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2252

Oxşar yazılar