Hündürmərtəbəli binada yanğın söndürüldü
07 iyun 2023 22:00 (UTC +04:00)

Hündürmərtəbəli binada yanğın söndürüldü

Bakı şəhərinin Sabunçu rayonunda on doqquz mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən Lent.az-a bildirilib ki, yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb. 

Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2206

Oxşar yazılar