Böyük Britaniyada poçtalyon Kris Kousli gecə yatarkən boğazından hörümçək dişləyib.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, onun sözlərinə görə, nəfəs ala bilmədiyindən oyanıb, birtəhər hava keçmək üçün barmağını boğazına salıb, amma çıxaran kimi yenidən boğulmağa başlayıb.
Kousli cəld təcili yardım nömrəsi 999-u yığıb və hadisə barədə məlumat verib. Lakin boğazı şişdiyindən nitqi çaşqınlaşıb və vəziyyəti operatora çətinliklə başa salıb.
Tezliklə hadisə yerinə həkimlər gəlin, poçtalyonu müayinə edib diaqnoz qoyublar - yuxuda hörümçək ağzına girərək dilini dişləyib - boğazın arxasındakı ətli çıxıntını. Lakin onlar Krisə hücum edən hörümçək növünü dəqiq müəyyən edə bilməyiblər, həkimlər tədbir görüb, ona salin məhlulu və antibiotik veriblər.
Müalicə zamanı Kousli heç bir fəsad olmadığından əmin olmaq üçün otorinolarinqoloqa göndərilib. Hərtərəfli müayinə və müalicədən sonra zərərçəkənin boğazı normallaşıb və o, səhər saat 7:30-da tibb müəssisəsindən buraxılıb.
Təhlükə sovuşsa da, Kris Kousli evini hörümçəklərdən qorumaq və belə halların təkrarlanmaması üçün bütün mümkün tədbirləri görüb. İndi o, tozsoranla hər tərəfi təmizləyir və evin hər yerinə tıxacları doldurur ki, bir hörümçək içəri girməsin.