Sankt-Peterburqda gənc hokkeyçilər 12 yaşlı komanda yoldaşlarını çubuqla zorlayıblar.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, zərərçəkənin anası polisə müraciət edib. O bildirib ki, hokkey məşqindən sonra oğlunu döyüb, təhqir ediblər. Tibb müəssisəsi uşağın düz bağırsağından zədə aldığını təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları uşaqla danışıb. O, axşam saat səkkizdə məşqi bitirdikdən sonra paltardəyişmə otağına getdiyini deyib. Komandanın qalan hissəsi onun ardınca gedib. Ümumilikdə 20 nəfər olublar. Onlar hokkeyçinin yolunu kəsməyə çalışıblar. Məşqçi hər şeyin normal olduğundan əmin olmaq üçün paltardəyişmə otağına baxaraq gedib. Sonra oğlanlar azyaşlıya zibil və tennis topu atmağa başlayıblar. Yeniyetmə onları danlayıb. Uşaqlar onu yerə yıxaraq, ayaqlarından tutublar. Bundan sonra onlar uşağın anusuna dəyənək soxmağa çalışıblar.
Ananın sözlərinə görə, oğlu ilə bir neçə yeniyetmə arasında münaqişə il yarımdır ki, davam edir. Əvvəllər o, oğlanın üzərində qançır və sıyrıqlar görsə də, yalnız məşqçiyə eləcə də klub rəhbərliyinə müraciət edib. Onlardan isə heç bir reaksiya olmayıb.