ABŞ-ın Tennessi ştatında heyvanxanadan qaçan dəvə iki nəfərə hücum edərək onları öldürüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, dəvə yerli heyvanxanadan qaçaraq 42 yaşlı Bobbi Metenini və 67 yaşlı Tommi Qannanı küncə sıxıb.
Şahidlər polisi hadisə yerinə çağırıblar və onlar gələndə Meteni və Qannanı yerdə huşsuz vəziyyətdə olublar.
Hadisə yerinə təcili tibbi yardım da gəlib. Zərərçəkənlərdən biri təcili yardıma aparılan zaman dəvə şerifin maşınına hücum edib və o, heyvanı güllələməli olub.
Meteni və Qanna aldıqları xəsarətlərdən ölüblər. Dəvənin heyvanxanadan necə qaçdığı məlum deyil. Heyvanxananın əməkdaşları həlak olanların ailələrinə başsağlığı versələr də, vəziyyəti şərh etməkdən imtina ediblər.