Rusiyanın Yekaterinburq şəhərində heyvan haqları müdafiəçisi Aleksandra Şerbakova və onun 16 yaşlı qızı mənzillərində ölü tapılıb. Mərhumun həmkarları bildiriblər ki, ilkin məlumata görə, faciəyə səbəb qaz sızması olub.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, qızın meyiti hamamda, anasının cansız bədəni isə dəhlizdə tapılıb.
Həmçinin mənzildə yaşayan dörd pişik, üç it və bir qvineya donuzu da ölüb.
Regional İstintaq Komitəsi faciə ilə bağlı hələlik şərh verməyib.