Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı Ulaşlı Şıxlı kəndində Rəvan Daşdıyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı R.Daşdıyev inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.