Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonun Tatyanoba kəndi ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı G.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.