Həyətində çətənə əkənin evində heroin tapıldı
20 aprel 2021 10:59 (UTC +04:00)

Həyətində çətənə əkənin evində heroin tapıldı

Yalama rayon Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayonun Nabran kənd sakini Ruslan Xanbabayev saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman evdən iki bükümdə narkotik vasitə olan heroin, bir bükümdə tiryək və sellofan torbalarda çətənə bitkisinin toxumları, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə plastik qablarda və dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 428 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ruslan Xanbabayev narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.
 

# 1212
avatar

Oxşar yazılar