Hərəkətdə olan sərnişin avtobusu yandı -FOTO
16 dekabr 2021 01:25 (UTC +04:00)

Hərəkətdə olan sərnişin avtobusu yandı -FOTO

0

Bakının Nərimanov rayonunda sərnişin avtobusu yanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Natiq Abdullayevin idarə etdiyi “Karsan” markalı 81 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində qəfil tüstülənmə baş verib. Mühərrik bölməsində başlayan yanğının salona keçməsinin qarşısını FHN-nin DYMX-nin mobil briqadası alıb. Əraziyə iki texnika cəlb edilib. Sürücü Natiq Abdullayev APA-ya bildirib ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. O, avtobusu depoya təhvil vermək üçün idarə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1804

Oxşar yazılar