Hərbi sanatoriyanın rəisi həbs olundu - YENİLƏNİB
16 oktyabr 2025 19:14 (UTC +04:00)

Hərbi sanatoriyanın rəisi həbs olundu - YENİLƏNİB

0

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Lent.az APA-ya istinadla xəbər veri ki, təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edib və mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev bu gün saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

***
17:17

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev saxlanılıb.

Lent.az xəbər verir ki, o, rüşvət almaqda ittiham olunur. Onun barəsində Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.

İlham Haqverdiyev haqqında qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 684

Oxşar yazılar