Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, müddətdən artıq xidmət edən hərbi qulluqçu, Tərtər rayon sakini 23 yaşlı Sarızadə Elvin Azər oğlu məzuniyyətdə olarkən yanaraq ölüb.
Müdafiə Nazirliyindən Lent.az-a faktı təsdiqləyiblər.
Qeyd edək ki, E.Sarızadə Vətən müharibəsinin iştirakçısıdır. Sosial şəbəkələrdə onun özünü yandırdığı bildirilib.