Nalçikin kənarında Rusiya təhlükəsizlik qüvvələri hərbi komissarlığı partlatmağı planlaşdıran iki residivisti məhv edib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, onlardan əldəqayırma bomba və silah götürülüb.
Digər məlumata görə, oğurluq, soyğunçuluq, narkotik vasitələr, öldürməklə hədələmə və sağlamlığa ağır zərər vurma maddələri ilə dəfələrlə məhkum olunmuş iki nəfər Çeqeme şəhər Hərbi Komissarlığında terror aktı törətmək üçün ciddi hazırlaşırmışlar.
Xüsusi təyinatlıların əməkdaşları Nalçik yaxınlığındakı meşədəki sığınacaqda diversantları mühasirəyə alıblar, lakin onlar təslim olmaq fikrində olmayıblar və atəş açıblar. Nəticədə müdaxilə edənlər cavab atəşi ilə məhv edilib. Xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslərdən heç kim xəsarət almayıb.
Onların gizləndiyi yerdə “Kalaşnikov” avtomatı, “Makarov” tapançası və içərisində mismarla doldurulmuş iki kiloqramlıq əldəqayırma partlayıcı aşkar edilib. Həmçinin, şübhəlilərdən 50 min rubl və beş telefon tapılıb.