“Murz” çağırış işarəsi ilə tanınan rusiyalı müharibə müxbiri və bloqqer Andrey Morozov intihar edib. O, telegram kanalında “Bizə Yanyadan yazırlar” deyə intihar qeydi buraxıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Morozov son mesajında qərarının səbəbləri barədə ətraflı danışıb. O iddia edib ki, bundan bir qədər əvvəl Avdiivka yaxınlığındakı itkilərlə bağlı yazısını silmək məcburiyyətində qalıb.
“Mən əlimdə olan vasitələrlə daha çox mübarizə aparmağın mənasını görmürəm. Onlar tükənib və effektivliyini itiriblər. Mən son çarəni götürürəm”, – Morozov yazıb. O, həmçinin LPR-də Kirovsk qəbiristanlığında Prizrak batalyonunun əsgərlərinin yanında dəfn olunmasını istəyib.
Hərbi müxbirin ölümü ilə bağlı məlumat təsdiqlənib.
Avdiivka fevralın 17-də rus hərbçilərinin nəzarətinə keçib. Daha sonra Rusiya Müdafiə Nazirliyi də şəhərin tam ələ keçirildiyini açıqlayıb. Departament bildirib ki, Ukrayna hərbçiləri bu ərazidə 1,5 mindən çox əsgər itirib.