Həmyerlisini küt alətlə DÖYDÜ , xəstəxanalıq oldu -FOTO
22 dekabr 2022 10:36 (UTC +04:00)

Həmyerlisini küt alətlə DÖYDÜ, xəstəxanalıq oldu -FOTO

Ağdamda kişi həmyerlisini küt alətlə döydü.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdam rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travma alması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyən edilib. Ş.Hüseynov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq  maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Fidan İlqar

Oxşar yazılar