Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Asəf Həsrət oğlu həmyerlisi tərəfindən döyülüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, A.Məmmədov qabırğalarının sınığı, baş nahiyəsinin və bədənin digər yerlərinin xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.